Apr 11, 2021 19:46 Asia/Baku
  • Cənubi Koreya Baş naziri Tehranda

Cənubi Koreya Baş naziri Çanq Sye-kyun yüksək səviyyəli İranlı səlahiyyətlilər ilə iki ölkə arasındakı mövzuları müzakirə məqsədi ilə Tehrana gəldi.

SəhərAzərinin xəbərinə görə Cənubi Koreya Baş naziri Sye-kyunu havalimanında İranın  Yol və Şəhərtikinti Naziri Məhəmməd İslami qarşıladı.

Cənubi Koreya Baş nazirliyindən verilən açıqlamada, Baş nazir Sye-kyunu 13 səlahiyyətlinin müşayiət etdiyi, səfərin 13 Aprelə qədər sürəcəyi elan edildi.

Sye-kyunun Tehran səfəri, 44 il sonra bir Cənubi Koreyalı baş nazirin İrana etdiyi ilk səfər sayılır

Cənubi Koreya Baş naziri Tehran müzakirələri daxilində İranın vitsə prezidenti İshaq Cahangiri,İslami Şura Məclisinin spikeri Məhəmməd baqir Qalibaf ilə bir araya gələcək.

Çanq Sye-kyunun İran İslam Respublikasının prezidenti Ruhani ilə İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin Baş müşaviri Əli Laricani ilə də görüşməsi də

gözlənilir.

İran Xarici işlər sözçüsü Səid Xətibzadə isə bu məzmunda etdiyi şərhdə, Cənubi Koreya Baş nazirinin Tehran səfəri çərçivəsində, bu ölkədə dondurulan İran əmlakının sərbəst buraxılması yollarının müzakirə olunacağının gözlənildiyini ifadəbəyan etmişdi.

 

Teqlər