Apr 11, 2021 23:00 Asia/Baku
  • İshaq Cahangiri: Cənubi Koreya İranın maliyyə aktivlərin azad etsin

Cənubi Koreya heç beynəlxalq sanksiya olmadan İranın maliyyə aktivlərini bloklayır.

SəhərAzəri İRNA-ya istinadla  xəbər verir ki, bu sözləri İranın Birinci vitse-prezidenti İshaq Cahangiri Cənubi Koreyanın Baş naziri Çonq  Se Qon ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Cənubi Koreya bankları İranın maliyyə aktivlərini elə bir vaxtda dondurur ki, həmin zaman İran xalqı koronavirusla mübarizədə ona ehtiyac duyur. Son 3 ildə Cənubi Koreya ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarına riayət edir. İki ölkə (İran-Cənubi Koreya) arasındakı münasibətlər durğunluq səviyyəsinə qədəm qoydu”, - deyə Cahangiri bildirib.

 

Teqlər