Xətibzadə, İsraildən Nətənz intiqamı alınacaq
İran Xarici işlər nazirliyi Sözçüsü Səid Xətibzadə, bu gün mətbuat mənsublarına verdiyi müsahibədə gündəmdəki mövzuları şərh edərkən, Nətənz Nüvə təsisatında meydana gələn hadisəyə dair dedi:"Nətənzdə bir hadisə yaşandı. Sionist Rejim bunu daha əvvəl dəfələrlə söyləmişdi və bu anda məlum hadisənin arxasında o rejimin olduğu deyilir. Əlbəttə ki, kimsənin yaralanmaması və ya ətrafın zərər görməməsindən sevinirəm amma bu insanlığa qarşı işlənmiş bir cinayətdir.
SəhərAzərinin xəbərinə görə Xətibzadə deyib:“Bu hərəkətdən məqsəd İranın gücünü zəiflətməksə bunun reallaşdığını sanmıram. Sionist Rejim bu hərəkətlə göstərdiyi səbirdən ötəri İran xalqından intiqam almağa çalışdı. Söz yoxdur ki, İran zamanında Sionist Rejimdən intiqam alacaq.
Xətibzadə əlavə olaraq dedi:Nətənzdəkı hadisə ölkənin nüvə sənayesini geriyə apara bilməz, çünki bu sənaye ölkədə yerli və milli texnologiya halına gəlmişdir."
Şərhinin davamında, Vyanadakı nüvə müzakirılırinə də diqqət çəkən Xətibzadə, Vyanadakı nüvə müzakirələri haqqında, "Bir dəfə nüvə müzakirələri edilib və anlaşmanın maddələri təyin olunmuşdur. Vyanadakı müzakirlərin gündəminə yalnız sanksiyaları qaldırma mövzusu daxildir.
İranın ABŞ-ın anlaşmadakı öhdəliklərinə geri dönməsi mövzusundakı mövqeyi dəqiqdir. ABŞ- rəhbərliyi son dörd ildə və yeni hökumətin iqtidara gəlməsinin ardından nüvə anlaşmasını hədəf almaq üçün hər cür səyi göstərdi. ABŞ-lı səlahiyyətlilər, maksimum təzyiq məqsədi ilə İrana qarşı sanksiya tətbiq edəcəklərini dəfələrlə dilə gətirdilər." dedi.
Rusiya Xarici işlər Naziri Sergey Lavrovun sabah İrana reallaşdıracağı rəsmi səfər ilə bağlı da Xətibzadə, Lavrovun Tehran müzakirlərində yüksək səviyyəli İranlı səlahiyyətlilərlə bir araya gələcəyini və iki ölkə arasındakı uzun müddətli əməkdaşlıq razılaşmanın uzadılacağını bidirdi.