Apr 13, 2021 09:31 Asia/Baku
  • Nətənzdəki terror aktına reaksiyalar davam edir

Sionist İsrail rejimin İranın Nətənz nüvə obyektindəki terror hücumu geniş reaksiyalara səbəb olub. Bu alçaqcasına terror hərəkətindən sonra bir çox xarici ölkə rəsmisi bu hadisəyə münasibət bildirib.

SəhərAzəri xəbər verir ki, İsveçin sabiq xarici işlər naziri İranın nüvə obyektində törədilən son terror aktını qınayıb və deyib: "Nüvə müzakirələri kritik bir mərhələdədir".

İsveçin sabiq xarici işlər naziri Yan Eliasson bir tvittdə yazıb: "Təəccübləndiricidir ki, ölkədənkənar təxribat və zorakı hərəkətlərin törədilməsi adi hal alıb və hətta bəzi dövlətlər tərəfindən qəbul edilib. İranla danışıqlar indi kritik bir mərhələdədir. İndi təxribatçı hərəkətlərə və ya meşə qanunlarına yer yoxdur. Ümid edirəm hər tərəfdə sülh olacaqdır".

Avropa İttifaqının sözçüsü Peter Stano da bazar günü İranın Nətənz uran zənginləşdirmə müəssisəsindəki hadisəyə reaksiya verib. Sözçü Avropa İttifaqının Nətənzdəki hadisəni narahatlıqla izlədiyini söyləyib.

Həmçinin, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar ertəsi günü Nətənz hadisəsinə reaksiyada bildirib ki, Moskva bu hadisənin qəsdən törədildiyi təqdirdə onu kəskin şəkildə qınayır.

Qətərin Xarici İşlər Nazirliyi də, bildirib ki, ölkəsi Nətənz nüvə obyektinə edilən hücumu təhlükəli təxribat kimi dəyərləndirir; Hansı ki, gərginliyi artıra və bölgənin təhlükəsizliyinə və sabitliyinə mənfi təsir göstərə bilər.

Qətərin Xarici İşlər Nazirliyi ölkəsinin bütün tərəflər üçün əhatəli və qənaətbəxş bir həll yolunun əldə edilməsi üçün İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini tam dəstəklədiyini vurğulayıb.

Teqlər