Cənubi Koreyanın baş naziri: “İranın pullarını dərhal qaytarmalıyıq”
Apr 13, 2021 18:27 Asia/Baku
Cənubi Koreyanın baş naziri Çunq Sye-kunq Seuldakı İranın dondurulmuş aktivləri üçün həll yolu tapılmalı və bu aktivlərin tez bir vaxtda İrana qaytarılmalı olduğunu bildirib.
SəhərAzəri xəbər verir ki, İranla danışıqlar aparmaq üçün Tehrana gələn Çunq Sye-kunq jurnalistlərə açıqlamasında bunları deyib:
"İki tərəf arasında dalana dirənmiş problemi həll etmək üçün İran dondurulmuş yeddi milyard dolları dərhal geri qaytarılmalıdır.
Artıq demişəm ki, bu pul İranındır və sahibinə qaytarılmalıdır. Bir yol tapmaq və bu məbləği tez qaytarmaq daha yaxşıdır.
Bunu etmək Cənubi Koreyanın marağındadır və müxtəlif məhdudiyyətlərin aşılması üçün səylər göstərilməlidir".
Çunq son 44 ildə İrana səfər edən Cənubi Koreyanın ilk baş naziridir.