Apr 13, 2021 19:00 Asia/Baku
  • Almaniya:

Almaniya rəsmiləri bazar günü (11 aprel) Natanzda baş verənlərin Vyanadakı nüvə anlaşması danışıqları üçün konstruktiv ola bilməyəcəyini söyləyirlər.

SəhərAzəri xəbər verir ki, Sky News televiziyası Almaniya rəsmilərinə istinadən verdiyi xəbərində, Berlinin Vyanadakı Əhatəli Müştərək Təşəbbüs Proqramı danışıqları üçün İranda baş vermiş prosesləri konstruktiv hesab etmədiyini söyləyiblər.

Almaniyanın xarici işlər naziri Hayko Mass aprelin 12-də verdiyi açıqlamasında bunları deyib:

"Nətənz zənginləşdirmə sahəsi ətrafında baş verən hadisələr, 2015-ci ildə imzalanan nüvə anlaşmasının yenidən canlandırılmasına dair Vyanada davam edən danışıqlar üçün yaxşı xəbər deyil. İndi Tehrandan, xüsusən Nətənzdan eşitdiklərimiz danışıqlar üçün müsbət bir şey deyil".

Xatırladaq ki, aprelin 11-də səhər Nətənz Nüvə Obyektində elektrik paylama şəbəkəsində bir qəza baş verib. 

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi daha sonra müəssisədə baş verən qəzanın terror aktı olduğunu elan edib.

 

Teqlər