Ruhani İran-Rusiya iqtisadi əlaqələrinin inkişafına təkid edib
İran İslam Respublikasının prezidenti İran-Rusiya iqtisadi əlaqələrinin inkişafına təkid edib.
SəhərAzəri xəbər verir ki, Tehran-Moskva münasibətlərinin önəminə, həmçinin iqtisadi və ticari əlaqələr xüsusiyət təşkil etməklə əlaqələrin bütün sahələrdə yüksəlişi üçün iki ölkənin imkanlarından bəhrələnmə zərurətinə, eləcə də iki ölkənin yüksək vəzifəli rəsmilərinin münasibətləri genişləndirmək üzrə iradəsinə işarə edən İran prezidenti xarici təzyiqlərdən təsir almadan qarşılıqlı maraqlar istiqamətində münasibətlərin inkişafının önəmini vurğulayıb.
Həsən Ruhani bu gün Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə regionda sülh, sabitlik və təhlükəsizliyin qorunması vacibliyinə təkid edib. Bildirib ki, regionun təhlükəsilziyi regionun öz ölkələri tərəfindən qorunmalıdır.
Ruhani İrana qarşı silah sanksiyalarının ötən ilin oktyabrından bitməsinə əsasən, İran və Rusiyanın müdafiə və hərbi əməkdaşlıqlarının genişləndirilməsi zərurətini vurğulayıb.
Rusiyanın xarici işlər naziri də bu görüşdə bildiribdir ki, iki ölkə əlaqələri genişləndirmək və dərinləşdirməkdə əzmkar olaraq, möhkəm iradəyə malikdir.
O, deyib ki, texniki və müdafiə əməkdaşlıqları da daxil olmaqla Moskva-Tehran həmkarlıqlarının genişləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur.