Apr 14, 2021 13:20 Asia/Baku
  • Ruhani: %60 zənginləşdirmə, şərarətlərə verilən cavabdır

İran İslam Respublikasının prezidenti Ruhani, uranı %60 zənginləşdirmənin, şərarətlərə verilən cavab olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir ki,Çərşənbə günü nazirlər kabineti iclasında çıxış edən president  Ruhani, IR-6 sentrifuqalarının dövrəyə girməsi və uranı %60 zənginləşdirmə işinin başlamasının, şərarətlərə verilən cavab olduğunu ifadə edərək belə dedi:

Əgər sionistlər İran millətinə qarşı sui-qəsd edərsə, biz buna cavab verərik, bu da atılan ilk addım idi.

Ruhani belə davam etdi:

Bu, sionistlərin xəyanətlərinə verilən cavabdır. Sionistlər İran millətinə hilə qura bilməyəcəklərini anlamalıdır.

Sionist rejimə xitab edən dövlət başçısı Ruhani əlavə etdi:

Əgər cinayət işlərsinizsə əlinizi kəsərik. Biz iqtisadi müharibədə də dayanaraq   zülmə son verərik. İran millətinin həyatını girov alan  və peyvənd və qida maddələrini təmin etməkdə problem yaradan varsa, əli kəsilməlidir.

Respublika başçısı Ruhani korona virus epidemiyasına işarə ilə belə dedi:

İranın sağlamlıq sektoru ağır bir yükün altındadır. Biz onlara bu böyük işi icra etdikləri üçün minnətdarıq.

Ruhani, İran İslam Respublikasının həm istehsalda, həm müasir texnologiyalarda, həm yumşaq gücdə və həm də müzakirələrdə güclü bir dövlət olduğunu və güclü məntiqi ilə düşməni yerinə oturtmağı bacardıqlarını ifadə etdi.

Ruhani ayrıca seçkiləri ölkə baxımından çox əhəmiyyətli bir məsələ olaraq xarakterizə etdi.

 

Teqlər