Apr 14, 2021 13:28 Asia/Baku
  • Ruhani: İsrailin bölgədə varlığı təhlükəlidir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Həməd bin Həmd bin Xəlifə Ali Sani ilə telefon bağlantısında quldur İsrailin bölgədə varlığının təhlükəli olduğunu vurğuladı.

SəhərAzəri xəbər verir ki,Qətər Əmiri Şeyx Həmd bin Həmd bin Xəlifə Ali Sani ilə bir telefon danışığında İran İslam Respublikasının prezidenti  Həsən Ruhani, başda Yəmən böhranı olmaq üzrə, regional böhranları dialoq və müzakirə yolu ilə həll etmək zərurətinə vurğu edərək sionist rejim İsrailin bölgədə varlığının təhlükəli olduğunu vurğuladı.

Ruhani telefon bağlantısında  mübarək Ramazan ayı münasibəti ilə Qətər əmirini və millətini təbrik edərək, Tehran və Doha arasında başda ticari və iqtisadi sahələr olmaq üzrə bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə təkid etdi.

Qətər əmirinin regional məsələlərə dayir mövqeyini müsbət qarşılayan   Ruhani, bölgədə barış,  dinclik və təhlükəsizliyin təmin edilməsi və regional məsələlərin həll edilməsinın ancaq barışçıl yollardan və bölgə ölkələrinin məsul davranmaları və kütləvi mənfəətləri nəzərə almaları ilə mümkün olduğunu qeyd etdi.

Ruhani bir dəfə daha militarizm bölgə problemlərini həll edə bilməyəcəyini ifadə etdi.

Əhatəli Müştərək Təşəbbüs proqramına toxunan prezident Ruhani, Amerikanın bu anlaşmaya geri dönməsinin tək yolunun İrana tətbiq etdiyi bütün sanksiyaları qaldırması və BMT təhlükəsizlik şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq bütün öhdəçiliklərini yerinə yetirməkdən ibarət olduğunu, bu vəziyyətdə İranın da nüvə razılaşmasındakı bütün öhdəçiliklərinə geri dönəcəyini qeyd etdi.

Telefon bağlantısında Qətər əmiri də mübarək Ramazan ayını təbrik edərək qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və inkişaf etdirilməsinə vurğu etdi. Qətər əmiri, Tehran və Dohanın bunun üçün tutumlardan faydalanmalarının lazım olduğunu ifadə etdi.

Şeyx Təmim bin Həməd bin Xəlifə Ali Sani ayrıca Vyanada təşkil edilən ƏMTP ortaq komissiyası iclasını müsbət qarşıladıqlarını qeyd etdi.

 

 

Teqlər