Apr 14, 2021 22:36 Asia/Baku
  • Urmiyə gölünün bahar nəfəsi

Bu günlər Urmiyə gölü yeni nəfəs alır, baharın gəlişi ilə Urmiyə gölü suyunun səviyyəsi artıbdır və bu məsələ onun xilas edilməsi ilə bağlı ümidləri yenidən canlandırıbdır.

SəhərAzəri xəbər verir ki, İranın firuzəyi üzükqaşı və dünyanın ikinci ən şor gölü; hansı ki bu bahar günlərində yenidən nəfəs alır. Son yağıntılardan sonra və su bəndləri suyunun buraxılması və axar suların bu gölə yönləndirilməsi fonunda Urmiyə gölü sulu günlər yaşayır.

M.M: Urmiyə gölünün su səviyyəsi hazırda dəniz səviyyəsindən 43,12 metr yuxarıdır, bu səviyyə ilə Urmiyə gölünun sahəsi 2 min 917 kvadrat kilometr və suyun həcmi 3 milyard 810 milyon kubmetrdir ki, sentyabr ayına nisbətən suyun səviyyəsi 16 santimetr artıbdır.

Yağışlar gölün səviyyəsini və həcmini artırmaqla yanaşı duz yatağını dəyişdirərək dərinliyini də əhəmiyyətli dərəcədə artırıb və bahar günlərinin xoş xəbərinə çevrilib.

M.M: Xoşbəxtlikdən, bir neçə il davam edən quraqlıqdan sonra ilk dəfə Urmiyə gölünün dərinliyi 60 santimetr artıbdır ki, həyata keçirilmiş layihələr və Urmiyə gölünə axıdılan suların həcmini nəzərə alaraq, onun canlandırılması üçün yaxşı xəbərdir.

Gölün canlandırılması üçün həyata keçirilən layihələr demək olar ki, sona çatmaqdadır və ən böyük layihənin yəni Urmiyə gölünə "Kani Sib" kanalı vasitəsilə suyun çatdırılması layihəsi sona çatdıqda göl yeni nəfəs alacaq.

Urmiyə gölünün su kvotası çərçivəsində keçən ilin sentyabr ayından indiyədək, Bukanın Şəhid Kazimi su bəndindən və Mahabadın "Şəhər Çayı"ından 220 milyon kubmetr su Yrmiyə gölünə buraxılıb.

Hazırda gölün suyunun həcmi 2015-ci illə müqayisədə 5 dəfə artıbdır, Lakin hələ də ekoloji balansa çatmaq üçün 9 milyard kubmetr suya ehtiyaclıdır.

Teqlər