Ruhani: Avropa və Amerikanın 60% Uran zənginləşdirmədən narahatlığı doğru deyil
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Avropa ilə Amerikanın İranın 60% dərəcəsində uran zənginləşdirmə fəaliyyəti haqqındakı narahatlıqlarının doğru olmadığını qeyd etdi.
SəhərAzərinin xəbərinə görə bir sıra milli petrokimya proyektlərinin açılışında danışan Ruhani, İran diplomatlarının Vyanada sanksiyaların qaldırılması üçün səy sərf etdiklərini ifadə edərək, düşmənin nə vaxt ağıllanacağının müəyyən olmadığını lakin ABŞ və nüvə anlaşmasının digər tərəflərinin BMT Təhlükəsizlik Şurasının 2231nömrəli Qərarına və Əhatəli Müştərək Təşəbbüs Proqramına(ƏMTP) dönmələrindən başqa çarələri olmadığını və İran bunun doğruluğunu təsdiq etdikdən sonra dərhal ƏMTP çərçivəsindəki öhdəliklərinə dönəcəyini söylədi.
Ruhani, ‘' Avropa və Amerikada İranın 60% uran zənginləşdirmədən bir hərəkətlə yüzdə 90a çata biləcəyi və İranın atom silahının yolunun açılacağı nigaranlığı doğru deyil. ‘' dedi.
Ruhani, İranın verdiyi sözə sadiq olduğunu və nüvə silah ardınca olmadığını söylədi.