Vyanadakı nüvə anlaşması üzrə ortaq komissiyanın iclası sona çatdı
Nüvə anlaşması üzrə ortaq komissiyanın iclası sona çatıb, ancaq mütəxəssislər səviyyəsində texniki müzakirələr davam edir.
SəhərAzəri İRNA-a istinadla xəbər verir ki, nüvə anlaşması üzrə ortaq komissiyanın iclası sona çatıb, ancaq mütəxəssislər səviyyəsində texniki müzakirələr davam edir.
İran Xarici işlər nazirinin Yardımçısı Seyid Abbas İraqçı, nüvə anlaşması üzrə ortaq komissiyanın iclasında etdiyi çıxışda, Avropa ölkələrinin Nətənz nüvə təsisatına qarşı işğalçı İsrail rejiminin təxribatı qarşısında passiv reaksiyasını tənqid etdi.
İclasın açılışında çıxış edən İraqçı, Nətənz nüvə təsisatındakı təxribatı qınayıb, Avropalı ölkələri Nətənzdəkı hadisənin qarşısında zəif mövqeiyindən ötəri tənqid edən İraqçı, nüvə anlaşması üzvlərindən birlikdə nüvə terrorizmi və beynəlxalq qaydaların pozuntusu sayılan bu cəhdi qınamalarını istədi.
İraqçı, İranın müzakirələrin bezdirici olması arxasında olmadığını, müzakirələrin məntiqi müddətdə və müəyyən çərçivədə edilməsinin lazım olduğunu ifadə etdi.
Başmüzakereçi, İranda yüzdə 60 nisbətində zənginləşdirmə fəaliyyəti haqqında isə, bu cəhdin nüvə razılaşmanın 26. və 36. maddəsindən doğan haqqları çərçivəsində və ölkənin tibbi ehtiyacını qarşılamaq məqsədi ilə edildiyini qeyd etdi.
İran Xarici işlər nazirliyi, Vyanada İran ilə 4+1 Qrupu nümayəndələri arasında bu gün reallaşan görüşdə ABŞ ilə birbaşa və ya dolayisi ilə heç bir müzakirə edilmədiyini elan etdi.