Apr 16, 2021 22:26 Asia/Baku
  • İran Atom Enerjisi Təşkilatı 60% Zənginləşdirməye Hazırdır

İran Atom Enerjisi Təşkilatının sədri, bu təşkilatın 60% uran zənginləşdirməyə hazır olduğunu açıqladı.

SəhərAzərinin xəbərinə  görə "Əli Əkbər Salehi",  bu mövzunu qeyd edərək əlavə etdi: "Uranın 60% dərəcəsinə qədər zənginləşdirilməsi Çərşənbə günü başladı və bu məhsul Cümə günü səhər istehsal olundu".

Salehi vurğuladı: " Bu nail olduğumuz böyük bir iş və İran Atom Enerjisi Təşkilatında reallaşdırılan texniki bir inkişafdır."

Salehi,"Bu anda yüzdə 60 nisbətində zənginləşdirmə istehsalımız var və digər tərəfdən tək enjeksiyonla eyni anda yüzdə 20 zənginləşdirmə çıxarırıq" deyə xatırlatdı.

İran Atom Enerjisi Təşkilatı başçısı, bu cəhdlərin və inkişafın önümüzdəki bir və ya iki gün içində tamamlanacağını qeyd etdi.

Nətənz nüvə təsisatında  60% zənginləşdirmə müddəti, sionist rejimin quldurcasına hərəkətinin dərhal ardından İranlı mütəxəssislər və elm adamları tərəfindən başladıldı.

 

Teqlər