Apr 16, 2021 23:25 Asia/Baku
  • General Baqiri: İnqilab keşikçiləri korpusu və Ordumuz, Düşmənlərin Hər cür Təhdid və nəhs Cəhdinə Qəti Cavab Verməyə Hazırdır

İran Silahlı Qüvvələri Baş qərargah Başçısı deyin: "İslam İnqilabı keşikçiləri (SEPAH) və İran İslam Respublikası Ordusu, düşmənlərin hər cür təhdidə və uğursuz hərəkətinə qətiyyətli cavab verməyə hazırdırlar."

SəhərAzərinin İSNA-ya istinadla verdiyi xəbərə görə General  Baqiri,  Cümə günü, İran İslam Respublikas ı Ordu Günü münasibəti ilə,  İran İslam Respublikası Ordusu Baş komandiri General-Leytnant Seyid Abdürrahim Nusəvini  təbrik edib və İslam İnqilab İslam İnqilabı keşikçiləri korpusu və İslami İran ordusunun İranda təhlükəsizlik və sabitliyin zamini  olduğunu vurğulayaraq belə dedi:"  İran Silahlı Qüvvələri, düşmənlərin hər cür təhdidi və uğursuz hərəkətinə qəti və kəskin bir şəkildə cavab verməyə hazırdır."

İran Silahlı Qüvvələri Baş qərargah Başçısının messajının davamında bu qeydlərə  yer verilmişdir:"  Şübhəsiz ölkənin güclü silahlı Qüvvələri məcmuəsi və başda da  hərzaman başiuca olan ordu və şücaətli inqilab keşikçiləri korpusunun varlığı,  ölkənin önləyicilik  gücü və müdafiə qalxanını gücləndirib  istila quruluş və sionist rejimin təhdid strategiyaları tətbiq etmək  istiqamətindəki hədəflərini uğursuz etdi və onları çətin bir duruma saldı və qəti dəlillərə görə onları hərbi variantı və digər hər cür sərt cəhdi düşünməkdən çəkindirmişdir. 

1979da İran İslam Respublikasının böyük qurucusu İmam Xomeyninin tarixi və həyati mesajı ilə İran ordusu yenidən doğuldu və 17 Aprel tarixi də İslam Respublikası Ordu Günü olaraq adlandırıldı.