Apr 17, 2021 11:52 Asia/Baku
  • İran kütləvi qırğın silahları məsələsindən bir vasitə kimi istifadəni tənqid edib

İran İslam Respublikası kütləvi qırğın silahları məsələsindən bir vasitə kimi istifadəni tənqid edib.

SəhərAzəri xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasına üzv olan Qərb ölkələrinin kütləvi qırğın silahları qarşısındakı ikili münasibətlərinə etiraz edib. Bildirib ki, bu silahların yayılmaması məsələsindən bir vasitə kimi istifadəyə son qoyulmalıdır.

Məcid Təxte Rəvançi Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmaması üzrə sistemlərin gücünün qorunması haqda keçirilən qeyri-rəsmi yığıncağında sonra deyib ki, kütləvi qırğın silahları indiyədək insan tərəfindən düzəldilən, istehsal olunan və istifadə edilməsi düzgün olaraq qadağan edilmiş, insanlığa və əxlaq normalarına ən çox sığmayan silahlardır, çünki bu qeyri-insani silahlardan istifadə qarşısında yeganə mütləq zəmanət, onların tam şəkildə məhv edilməsi və yayılmamasına əmin olmaqdır.

İranın BMT-dəki daimi nümayəndəsi söyləyib ki, bəzi güclərin özlərinin qanunsuz maraqlarını irəlilətmək üçün kimyəvi silahların qadağan edilməsi təşkilatı və kimyəvi silahların qadağan edilməsi konvensiyasından sui-istifadə ilə son illər Suriyanı kəskin təzyiq altında qoymaları qarşısında Təhlükəsizlik Şurası sükuta dalıb.

O, sonra deyib: İran 2016-cı ilədək yalnız, bu ölkənin dinc məqsədli nüvə proqramı barədə üzdəniraq «yayılma» nigarançılıqları bəhanəsilə bəzi Qərb gücləri tərəfindən saxta bir böhrana görə, BMT-nin, nümunəsi görünməmiş sanksiyalarına məruz qaldı. Amma müxtəlif növlü kütləvi qırğın silahları istehsal edən və bu silahların qadağan edilməsi üzrə beynəlxalq müahidələrə qatılmaqdan da boyun qaçıran İsrail rejimi Təhlükəsizlik Şurası tərəfindən sorğu-suala çəkilmir, çünki Amerika tərəfindən himayə olunur.

Məcid Təxte Rəvançi daha sonra belə qeyd edib: İran kimyəvi silahların işlədilməsinin bir qurbanı kimi, bir daha, hər bir kəs tərəfindən, hər hansı nöqtədə və hər hansı şəraitdə bu silahlardan istifadəni, mümkün olan ən kəskin ifadə ilə pisləyir və şiddətlə, kimyəvi silahların qadağan edilməsi təşkilatının etibarı və kimyəvi silahların qadağan edilməsi konvensiyasının gücünün zəiflədilməsinə qarşı çıxır. Bunun əvəzində, konvensiyanın ayrı-seçkilik olmadan, müvazinətli və tam şəkildə icrası və əlaqədar təşkilatın gücünün himayə olunmasını istəyir.

Teqlər