Apr 17, 2021 19:38 Asia/Baku
  • Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçirilib

Bu gün İran və dörd üstəgəl bir qrupu heyətlərinin iştirakı ilə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçirilib.

SəhərAzəri xəbər verir ki, İclasda, öncə aparılmış bəhslərə nəzərin salınmasından əlavə, nüvə məsələləri və sanksiyaların aradan qaldırılması kimi iki sahədə ekspert qruplarının texniki məşvərətlərinin nəticələri əldə olunaraq, araşdırılıb.

Bu iclasdan öncə İranın müzakirə heyətinin sədri ilə Avropa Birliyinin xarici fəaliyyət xidmətinin baş katib müavini Enrike Mora və müzakirələrdə iştirak edən digər heyətlərin sədrləri arasında bir neçə iki və çoxtərəfli iclaslar keçirilib.

İran Xarici İşlər Nazirliyi bildirib ki, bu iclasda Amerika ilə heç bir birbaşa və ya dolayısı ilə müzakirə aparılmayacaq.

Teqlər