Apr 17, 2021 19:43 Asia/Baku
  • Əraqçi: Deyəsən, yeni bir anlaşma formalaşmaqdadır

İran xarici işlər nazirinin siyasi müavini Vyanada nüvə anlaşması üzrə müştərək komissiyanın iclasından sonra deyib ki, yeni bir anlaşma formalaşmaqdadır.

SəhərAzəri xəbər verir ki, Seyyed Əbbas Əraqçi qeyd edib ki, bütün tərəflər arasında yekun hədəfdə ortaqlıq mövcuddur.

O, sonra söyləyib: Qarşıda duran yol asan deyil və ciddi fikir ayrılıqları da var. Müzakirələr elə bir yerə çatıbdır ki, ortaq bir mətn üzərində işləmək imkanı var.

İranın nümayəndə heyəti nüvə məsələsi və sanksiyaların ləğvi ilə bağlı nəzərdə tutduğu mətnləri təqdim edib və bunlar yekun sənədə nail olmaq istiqamətində, müzakirə üçün yaxşı bir əsas ola bilər.

Bu gün İran və dörd üstəgəl bir qrupu heyətlərinin iştirakı ilə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclası keçirilib.

Teqlər