Məhəmməd Cavad Zərif:
"İran Əfqanıstanın 90-cı illərə dönməsinə izn verməyəcək"
"İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə dönməsinə izn verməyəcək"
SəhərAzəri xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri, Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və Əfqanıstan Milli Təhlükəsizlik Təşkilatının məsləhətçisi Həmdullah Muhibin də qatıldığı onlayn toplantıda çıxışı zamanı deyib.
M.Zərif deyib: "Talibanın planının İslam əmirliyinin yenidən qurulması olduğunu bilirik. Lakin bu plan praktik deyil və bunun üçün ümumi bir fikir birliyi yoxdur. İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə qayıtmasına izn verməyəcək".
İranın xarici işlər naziri Əfqanıstandakı barış görüşləri və Amerika Birləşmiş Ştatları əsgərlərinin bu ölkədən geri çəkilməsiylə bağlı da fikrini bildirib.
"ABŞ-ın Əfqanıstandan ayrılması müsbət addımdır. Taliban bu fürsəti şiddəti artırmaq üçün istifadə etməməli, Əfqanıstan hökuməti ilə zaman itirmədən ciddi müzakirələrə başlamalıdır", - deyə Zərif qeyd edib.