Apr 19, 2021 00:39 Asia/Baku
  • Ruhani: İran Silahlı Qüvvələri iqtisadi müharibədə milli mənfəətlərin xidmətindədir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, bazaar günü (18 aprel) ölkənin ordusu və İslam İnqilabı keşikçilər korpusu son dörd ildə ölkəyə qəbul etdirilən iqtisadi müharibədə də məcburi səkkiz illik müharibə illərində olduğu kimi İranın milli mənfəətlərini müdafiə etdiklərini vurğuladı.

SəhərAzəri xəbər verir ki,Prezident  Ruhani 18 Aprel Ordu Günü münasibəti ilə etdiyi müraciətində əlavə etdi:İslami İran ordusu millətin yanındadır; necə ki 43 il əvvəl də İran milləti səltənət rejimi və diktatorluğa qarşı qiyamında da millətin yanında oldu.

İran İslam Respublikasının prezidenti, İslami İran ordusu millət dənizinin bir parçası olduğunu,və  bunun isə İran ordusunu bölgədəki digər ordulardan fərqli etdiyini qeyd etdi.

Prezident Ruhani belə davam etdi:

Bu gün müqəddəs müdafiə illərinin mirası olan məcburi müharibənin  təcrübələrinin davamında, istər ordu, istər İslam İnqilabı keşikçilər korpusu olsun, ölkənin hərbi təşkilatları, hər zamankindən daha professional bir şəkildə vəzifə və məsuliyyətlərini yerinə yetirirlər. Bu gün ölkənin milli təhlükəsizliyi, torpaq bütünlüyünün qorunmasına bağlıdır və torpaq bütünlüyünün qorunması da ancaq milli vəhdət sayəsində reallaşa bilər və milli vəhdət də ancaq demokratiya sayəsində əldə edilə bilər.

Bu gün düşmənlərin İslami İranın gücü, vəhdəti və təhlükəsizliyindən qorxduğunu ifadə edən president  Ruhani,Vurğuladı:Bugün İran düşmənlərin zənn etdiklərindən daha böyük və güclüdür.

 

Teqlər