Apr 19, 2021 14:19 Asia/Baku
  • İndoneziya ilə tarif sazişini yekunlaşdırmağın zəruriliyinə təkid

İndoneziyalı həmkarı ilə görüşündə İran Xarici İşlər Naziri güzəştli tarif razılaşmasının yekunlaşdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq İran tərəfinin bununla bağlı danışıqları davam etdirməyə hazır olduğunu bildirdi.

SəhərAzəri xəbər verir kia. "Məhəmməd Cavad Zərif" bu gün səhər (bazar ertəsi) İndoneziya Xarici İşlər Naziri Retno Mersudi ilə görüşüb.

İran və İndoneziya arasındakı yetmiş illik dostluq əlaqələrinə toxunan Xarici İşlər Naziri, bu ölkənin Təhlükəsizlik Şurasındakı 2231 saylı qətnaməni həyata keçirmək və Əhatəli Müştərək Təşəbbüs Proqramının qorununması üçün prinsipial mövqelərini yüksək qiymətləndirib.

Zərif, iki ölkə arasındakı ticarət əlaqələrinin həcminin artmasından məmnunluğunu ifadə edib. O həmçinin iki ölkə arasındakı ticarət əlaqələrinin böyük tutumuna işarə edərək güzəştli tarif müqaviləsinin sona çatmasını sürətləndirməyi və İran tərəfinin müzakirələri davam etdirməyə hazır olduğunu vurğuladı.

İndoneziya Xarici İşlər Naziri Retno Mersudi də iqtisadi sahə daxil olmaqla iki ölkənin münasibətlərinin dostluqla inkişaf etdiyini yüksək qiymətləndirib və tərəflərin birgə ticarət komissiyası və müzakirə olunan razılaşmalar  yolu ilə iki ölkə arasındakı ticarət əlaqələrini asanlaşdıracağına ümidvar olduğunu bildirdi.

Beynəlxalq hüququ himayə və Əfqanıstandakı sülh prosesindəki son inkişaflar barədə fikir mübadiləsi, görüş zamanı İran İslam Respublikası və İndoneziya Xarici İşlər Nazirləri tərəfindən müzakirə edilən digər mövzular idi.

Məhəmməd Cavad Zərif ikitərəfli münasibətlərin və diplomatiyanın inkişafı çərçivəsində dünən (bazar-18 Aprel) Cakartaya səfər edib.

 

 

Teqlər