Ruhanidən sərdar Hicazının vəfatı münasibəti ilə başsağlığı müraciəti
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İslam İnqilabı Keşikçilər Korpusunun Qüds qüvvələri ikinci komandiri sərdar Seyyid Məhəmməd Hüseyn Hicazının vəfatı münasibəti ilə bir başsağlığı müraciəti verib.
SəhərAzərinin xəbərinə görə İran İslam Respublikasının prezidenti Ruhaninin başsağlığı messajında deyilir: Bu vəfalı mübariz komandir, bütün həyatını müxtəlif sahələrdə xüsusilə müqəddəs müdafiə illərində və onun ardından müxtəlif vəzifələrdə uca İslami dəyərlərinin qorunması və İslami vətənə xidmətə həsr edərək, özündən iftixarla dolu bir talon arxada qoydu. Mən general Hicazının vəfatı münasibəti ilə İran Silahlı qüvvətləri Baş komandanı, şərif İran xalqı, İslam İnqilabı Keşikçilər korpusu və xüsusilə mərhumun ailəsinə başsağlığı verirəm və bu bərəkət dolu ayda özünün şəhid silahdaşları ilə məhşur olmasını və yaxınlarına səbir və sağlamlıq niyaz edirəm.