Ruhani: İran xalqı ABŞ-ın maksimum təzyiqinə müqavimət göstərdi
https://azeri.sahartv.ir/news/İran-i376040-ruhani_İran_xalqı_abŞ_ın_maksimum_təzyiqinə_müqavimət_göstərdi
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İran xalqının ABŞ-ın maksimum təzyiqinə qarşı müqavimət göstərdiyini vurğuladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2021 06:47 Asia/Baku
  • Ruhani: İran xalqı ABŞ-ın maksimum təzyiqinə müqavimət göstərdi

İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İran xalqının ABŞ-ın maksimum təzyiqinə qarşı müqavimət göstərdiyini vurğuladı.

SəhərAzərinin  bildirdiyinə görə İran İslam Respublikasının prezidenti  Ruhani dünən (19 aprel) bir qrup xeyriyyəçi ilə görüşdə, İran xalqının düşmənin maksimum təzyiqinə boyun əymədiyini ifadə edərək, ''ABŞ-ın bu strateji uduzmasını qəbul etməyən heç bir ölkə yoxdur'' dedi.

Ruhani, "Amerikalı səlahiyyətlilər və hətta bu təzyiqləri şəxsən tətbiq edən bu ölkənin əvvəlki rəhbərliyi, hədəflərinə çata bilmədiklərini söyləyirlər." dedi.

İran İslam Respublikasının prezidenti  ayrıca;  "onlar İranı 6 ay elə 1 il içində boyun əydirib təslim olmağa məcbur etmək istədilər, amma edə bilmədilər'' dedi.

Ruhani, "İrana kimsə kömək etmədi və hətta biz korona epidemiyası ilə qarşılaşdığımızda belə, korona dövründə düşmən eyni üsulu davam etdirdi" dedi.