Apr 20, 2021 11:29 Asia/Baku
  • İranın Xəzər dənizi qonşuları ilə 2.5 milyard dollarlıq ticarəti

İran Gömrük Təşkilatı Sözçüsü Seyid Ruhullah Lətifi, Xəzər sahilli dörd qonşu ölkə ilə 2.5 milyard dollar ticarət reallaşdığını açıqladı.

SəhərAzəri xəbər verir ki,Gömrük Sözçüsü Lətifi Bazar ertəsi günü etdiyi çıxışda, İran İslam Respublikası keçən il, Xəzər sahilli dörd qonşu ölkə ilə 6 milyon 242 min ton ağırlığında və 2.5 milyard dollar dəyərində qeyrineft ticarət etdiyini ifadə etdi.

Sözçü Lətifi, bu rəqəmdən İranın Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistana ixracat payının 3 milyon 125 min 70 ton ağırlığında və 1 milyard 320 milyon 856 min dollar olduğunu qeyd etdi.

Lətifi, İran ən çox Azərbaycan Respublikasına və ardından sıra ilə Rusiya, Qazaxıstan və Türkmənistana ixracat etdiyini qeyd etdi.

Sözçü Lətifi, , Xəzər sahilli dörd ölkədən idxalat mövzusunda da, keçən il bu ölkələrdən cəmi 3 milyon 117 min 266 ton ağırlığında və 1. Milyard 203 milyon 847 min dollar dəyərində idxalat reallaşdığını ifadə etdi.

Lətifi, İran bu dörd ölkənin arasında ən çox Rusiyadan idxalat etdiyini, İran ilə bu dörd ölkə arasındakı ticari tarazlıq isə müsbət 117 milyon dollar olduğunu vurğuladı.

 

Teqlər