Ruhani: İranın Vyana müzakirələrindəki güclü iştiraki, düşmənlərin maksimum təzyiqinin uğursuz qalmasının bir işarəsidir
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, İranın Vyana müzakirələrindəki güclü iştirakının mənasının, düşmənlərin maksimum təzyiqinin qəti məğlubiyyəti olduğunu vurğuladı.
SəhərAəri İRNA-ya istinadla xəbər verir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, 20 apreldə bir qrup siyasi activist ilə görüşdə, bu gün düşmənin iqtisadi müharibəsi və maksimum təzyiqinin İran xalqının müqaviməti ilə müvəffəqiyyətsizliyə uğradığını vurğulayaraq, "Bu gün Vyana müzakirələrində hər zamankindən daha güclü iştirak edirik" dedi.
Ruhani, "Müzakirələr % 60-70 nisbətində irəlilədi və Amerikalılar dürüstlük çərçivəsində hərəkət etsə bizə görə qısa müddətdə nəticə alınacaq.'' dedi.
İran İslam Respublikasının prezidenti , ''müzakirələrdə İslam İnqilabı Rəhbərinin təyin etdiyi çərçivəni tam mənası ilə davam etdirdik, bunu müzakirələrdə qoruduq və eyni çərçivə içində hərəkət edirik." dedi.
Ruhani, Korona epidemiyası ilə mübarizədə sanksiyaların səbəb olduğu problemlərə də işarə edərək sözlərinə belə davam etdi: "Devrilmiş Səddam dövründəki İraqla məcburi müharibə əsnasında iqtisadi müharibə əsnasında olduğu qədər çox təzyiq altında deyildik, ancaq bu gün millətin nümunə müqavimətinin köməyi ilə və İslam İnqilabı Rəhbərinin dərayətiyle və rəhbərliyiylə çətinliklərin öhdəsindən gəldik.'' dedi.
/