Ruhani: Sanksiya və təzyiq, İran xalqını dayandıra bilməz
İran İslam Respublikasının prezidenti Həsən Ruhani, sanksiya və təzyiqin İran millətini tərəqqi və inkişaf yolunda dayandıra bilməyəcəyini təkid etdi.
SəhərAzəri xəbər verir ki,İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Kəndtəsərrüfatı Nazirliyinin milli proyektlərinin açılışı mərasimində etdiyi çıxışda, bu proyektlərdən messajının dünyaya sanksiya və təzyiqin İran millətini tərəqqi və inkişaf yolunda dayandıra bilməyəcəyi sübut etmək olduğunu qeyd edərək, keçən aylarda ağır sanksiyalar və koronavirus epidemiyasına baxmayaraq istehsal sahəsində əhəmiyyətli proyektlərin açılışının reallaşdığını qeyd etdi.
İranın təzyiqli suvarma sahəsinin 2 milyon 400 min hektara çatdığını söyləyən Ruhani, bu rəqəmin ölkə tarixindəki cəmi təzyiqli suvarma sahəsinin tam iki qatı olduğunu vuruladı.
Respublika prezidenti Ruhani ayrıca, böyük İran millətinə qarşı sanksiyaların zalımca bir cəhd olduğunu ifadə edərək, qarşı tərəfin qanun və qaydaları tətbiq etmək üçün hazır olduğunu gördüklərində bir an belə səbir etməyəcəklərini söylədi.
Ruhani, "İran millətinin haqqını ala bildiklərini görüncə dövlət başçısı olaraq bir an belə gecikmədən eyni anda bu işi görəcəyəm" dedi.