Xətibzadə: İran, sanksiyaların sırf kağız üzərində qaldırılmasını qəbul etməyəcək
İran Xarici işlər nazirliyinin Sözçüsü Səid Xətibzadə, İran İslam Respublikasının sanksiyaların sırf kağız üzərində qaldırılmasını qəbul etmədiyini ifadə etdi.
SəhərAzəri xəbər verir ki,İran Xarici işlər nazirliyi Sözçüsü Səid Xətibzadə, "Club House" üzərindən təşkil edilən mətbuat konfransında Ərəb dünyasından və Qərb ölkələrindən qatılan mətbuat mənsublarının suallarını cavabladı.
Səid Xətibzadə, İranlı və Səudiyyə səlahiyyətlilərin İraqda görüşdüklərinə dair olunan qeyri-rəsmi bəzi xəbərlərə dayir bir suala, "Financial Timesdə ilk olunan hesabat haqqında bunu söyləməm lazım ki biz ümumiyyətlə bölgədə gərginliyi azaltmaq və əməkdaşlığı artırmaq üçün hər cür cəhdi məmnuniyyətlə qarşılayırıq və qonşularımızla dialoq qurmaqdan yanayıq" cavabını verdi.
Vyanadakı nüvə müzakirələri ‘ümid verici' xarakterizə edən Xətibzadə, "Bu müzakirələrdə əhəmiyyətli irəliləmələr əldə edilib və bütün tərəflər bir nəticəyə çatmaq üçün ciddilik və siyasi iradə göstərmişdir" dedi.
Vyana müzakirələrini konstroktiv bir mühitdə aparıldığını qeyd edən Xətibzadə, "Tərəflər arasında alınacaq tədbirlər, bütün sanksiyaların qaldırılması və təsdiqləmə kimi əhəmiyyətli mövzularda hələ bəzi anlaşılmazlıqlar var. Ancaq hər kəsin bir irələyiş əldə etmək üçün kifayət qədər iradə göstərdiyini düşünürəm" dedi.
Xətibzadə, İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Vyanada aparılan son müzakirələr ilə əlaqədar bir suala, "Bu müzakirələr əvvəlki müzakirələrin davamında edildi. Agentlik, İranın fəaliyyətləri haqqında bizə bəzi suallar soruşmuşdur və İran da bu sualları cavablamışdır" dedi.