Apr 24, 2021 19:48 Asia/Baku
  • “İŞM”-də nüvə anlaşması üzrə ortaq komissiyanın müzakirələri araşdırılacaq

İran İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Əbülfəzl Əmui, Nüvə anlaşması üzrə Ortaq Komissiyasının müzakirələrinin Xarici işlər nazirinin Müavini Seyyid Abbas İraqçının iştirakı ilə təşkil ediləcək iclasda bəhs ediləcəyini qeyd etdi.

SəhərAzəri xəbər verir ki, Əbülfəzl Əmui bu barədə verdiyi açıqlamada , sabah İslami Şura Məclisi Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının yığıncağında Nüvə anlaşması üzrə Ortaq Komissiyasının müzakirələrunin  Başmüzakərəçi və Xarici işlər nazirinin  Müavini Seyid Abbas İraqçı və komissiya üzvlərinin iştirakı ilə araşdırılacağını vurğuladı.

Nüvə anlaşması üzrə Ortaq Komissiyasının 18. yığıncağı 5. dövr müzakirələri  keçən həftə Vyanada təşkil edildi. Bu həftə isə Viyanada tərəflər yenidən bir yerə gələcəklər.

İran Xarici işlər nazirinin  müavini İraqçı, Vyanada müzakirələrində irəliləyişin olduğunu açıqlamışdır.

 

Teqlər