Apr 25, 2021 19:48 Asia/Baku
  • İİR Ordusunun Quru Qoşunlarının 7 yeni nailiyyəti təqdim olunub

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının yeddi yeni döyüş və texnoloji nailiyyətinin təqdimatı olub.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının araşdırma və özünütəmin cihadı təşkilatının müdafiə nailiyyətlərinin təqdimat və təhvil mərasimi bu gün bu qoşunların komandanı general Heydəri və onun koordinator müavini kontr-admiral Həbibullah Səyyarinin iştirakı ilə keçirilib.

Ordunun yeni müdafiə və döyüş nailiyyətləri, PUA-ya quraşdırılan radar dalğaları barədə xəbərdarlıqedici aparat, PUA-ya quraşdırılan lazer xəbərdarlıqedicisi, mikroturboreaktiv mühərrikin lokalizasiyası və yığılmasından ibarət «Raneş-1» qurğusu və PUA üzrə özünümühafizə sistemi olan Tiam-1400 aparatından ibarətdir.

İran İslam Respublikası Ordusunun digər nailiyyətləri, «kollektiv uçuş»; süni intellektə əsaslanan şəbəkə mehvərli uçuş sistemi, PUA üzərində quraşdırılan və düşmənin hava mühafizə radarlarına parazit buraxan Taha-1400 sistemi və modernləşdirilmiş pozucu sistemlər-dirlər.

Teqlər