Apr 26, 2021 07:46 Asia/Baku
  • Zərif-in  Qətər əmiri ilə məsləhətləşməsi

Qətər rəsmiləri ilə danışıqlar aparmaq üçün Dohada olan İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, bazar günü gecə ölkənin əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif, İran-Qətər münasibətlərindəki müxtəlif siyasi və iqtisadi sahələrdəki son inkişafları izah edərək, mövcud sahələri və əlaqələri genişləndirmək üçün iki ölkədəki mövcud potensialları müsbət qiymətləndirib.

Görüşdə İran Xarici İşlər Naziri İran İslam Respublikasının bölgə ölkələri ilə qarşılıqlı əlaqələrin inkişafına dair regional perspektivini, habelə İran İslam Respublikası ilə 4+1 qrupu arasındakı danışıqlarda son inkişafları izah edib.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani də bölgədəki ikitərəfli münasibətlərin və əməkdaşlığın vacibliyini vurğulayaraq, Qətərin iki ölkə arasında əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, İran Xarici İşlər Naziri Bazar günü axşam Qətərli həmkarı ilə də görüşmüşdür.

Qətər Xarici İşlər Naziri Məhəmməd bin Əbdül Rəhman Al Sani ilə görüşdə Zərif İranın bölgədəki ölkələrlə münasibətləri inkişaf etdirməyə yanaşmasını vurğulayaraq, bölgədə sabitliyin bərqərar olunması üçün regional danışıqları alqışlayıb və bunu ciddi bir zərurət hesab edib.

 

 

Teqlər