Xətibzadə: AB səlahiyyətlilərinə sanksiya tətbiq edəcəyik
İran Xarici işlər nazirliyinin Sözçüsü Səid Xətibzadə, sanksiya tətbiq olunacaq AB səlahiyyətlilərindən bir siyahı hazırladıqlarını açıqladı.
SəhərAzəri xəbər verir ki,Həftəlik mətbuat konfransında çıxış edən Xarici işlər nazirliyinin sözçüsü Xətibzadə deyib: bayden rəhbərliyinin bəzi sanksiyaları qaldırmayacağə təqdirdə İran bu sanksiyaların qaldırılması üçün nə edəcəyi ilə əlaqədar sualın cavabında belə dedi:Biz sanksiyaların arasında heç bir fərqlilik güdmürük. Bizə görə hamısı nüvə anlaşmasl çərçivəsində tətbiq edilmiş sanksiyalardır və Amerika hamısını qaldırmalıdır.
Vyana müzakirələri ilə əlaqədar bir suala da cavab verən Xarici işlər nazirliyinin sözçüsü belə vurğuladı:Biz müzakirələrin uzanmasına və bezdirici hala gəlməsinə isti baxmırıq, amma eyni zamanda tələsmirik də. Hərçənd əgər qarşı tərəfdə siyasi iradənin olmamasını hiss etsək, qətiyyət ilə müzakirələrə davam etməyəcəyik. Bu çox əhəmiyyətli bir mövzudur.
Qərbin ikili standart mövqeyi və İranı insan haqqları bəhanəsi ilə təzyiqə məruz etmələri və İranın buna necə bir cavab verəcəyi ilə əlaqədar bir suala cavab verən Xarici işlər nazirliyi Sözçüsü Xətibzadə belə deyib:Avropalıların insan haqqları keçmişi onlara şərəf buraxmamışdır. Təəssüf ki, Avropalılar insan haqqlarını siyasət vəsaiti edir. Bunlar insan haqqlarına xəyanət edənlərdir. İran AB-in İranlı səlahiyyətlilərə sanksiya tətbiqi üzərinə AB ilə bütün dialoqlarını təxirə saldı.
Xətibzadə ayrıca sanksiya tətbiq olunacaq AB səlahiyyətlilərindən bir siyahı hazırladıqlarını, vurğuladı.