M.C.Zərif Bağdadda: ABŞ-ın məqbul bir siyasətlə nüvə anlaşmasına dönməsini ümid edirik
İran İslam Respublikasının Xarici işlər Naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın məqbul bir siyasət ilə nüvə anlaşmasına dönməsini ümid etdiyini söylədi.
SəhərAzəri xəbər verir ki,Rəsmi səfərdə olan Bağdadda İraqlı həmkarı Fuad Hüseyn ilə təşkil etdiyi ortaq mətbuat konfransında açıqlam verən xarici işlər naziri Zərif, 'ABŞ, Nüvə anlaşmasına dönsə Tehran, ABŞ-ın hərəkətlərinin doğruluöunu təsdiqlədikdən sonra qarşılıqlı tədbirə əl atacaq. İraq Xarici işlər Naziri ilə dörd üstə gəl bir nüvə müzakirələri haqqında da danışdım' dedi.
Bağdaddakı xəstəxana yanğınında həyatını itirənlərin ailələrinə başsağlığı və yaralılara təcili şəfalar diləyən Zərif, 'İraqın bölgədəki əhəmiyyətli və güclü rolunu məmnuniyyətlə qarşılayırıq və İraqın bu bölgədəki rolunun hər keçən gün daha güclü olmasını və bölgədə sabitlik və barış üçün bir rol oynamasını ümid edirik' ifadəsini istifadə etdi.
Regional problemləri həll etməkdə ölkəsinin rolunu vurğulayan İraq Xarici işlər Naziri Fuad Hüseyn isə, Bağdadın bölgəyə barışın təmin edilməsində əhəmiyyətli bir rol oynadığını söylədi.
Zərif ilə iran-ABŞ əlaqələri və Fars Körfəzi ölkələri ilə əlaqələr mövzusunda müzakirə etdiyini deyən Hüseyn, İraqın bu mövzudakı rolunun müsbət olduğunu dilə gətirdi.
Bu günkü yığıncaqda qarşılıqılı mövzuları, əhəmiyyətli regional problemləri və beynəlxalq vəziyyəti araşdırdıqlarının bəyan edən Hüseyn, İraqın bölgədəki açar rolundan bəhs edərək, 'İraqın mövcud xarici siyasətinin təməli hər kəslə balanslı əlaqələr qurmaqdır. İraqın əlaqə yaratma siyasəti ortaq maraqlara söykənəndir və bölgədə özünün söz haqqı var'dedi.
Bölgə ölkələri arasında əməkdaşlığın əhəmiyyətinə vurğu edən İraq Xarici işlər Naziri, 'İran tərəfi ilə əhəmiyyətli bir səviyyəyə çatan əməkdaşlıq və müzakirələrimizi davam etdiririk' deyə əlavə etdi.
Xarici işlər Naziri Zərif, Bağdad ziyarəti əsnasında İraq prezidenti Bərhəm Saleh ilə də iki ölkə arasındakı əməkdaşlığı, regional və beynəlxalq mövzuları müzakirə üzrə bir araya gəldi./