İran sionist rejimin hər hansı şeytani əməlinə cavab verəcək
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı bildirib ki, sionistlərin bölgədəki şər hərəkətləri onlar üçün əks-nəticə verəcək.
SəhərAzəri xəbər verir ki, o, deyib ki, İran sionist rejimin hər hansı şeytani əməlinə elə həmin səviyyədə və ya ondan da güclü cavab verəcək.
Briqada generalı pasdar Hoseyn Səlami Əlməyadin telekanalı ilə müsahibədə söyləyib: Sionistlərin bölgədəki şər hərəkətləri onlar üçün əks-nəticə verəcək və onları gələcəkdə real təhlükələr qarşısında qoyacaq.
Sepah-ın baş komandanı vurğulayıb: Əgər onlar öz cinayətlərini davam etdirərlərsə, dağılmağa daha çox yaxınlaşacaqlar; xüsusən ona görə ki, sionist rejimin dağılması üçün bütün şərait hazırdır.
General Səlami sonra belə qeyd edib: Ötən günlərdə gördünüz ki, onların şər əməlləri necə cavabsız qalmadı və işğal olunmuş ərazilərin daxilində necə bəzi hadisələr baş verdi və mütləq şəkildə bu hadisələr sonradan da təkrar ola və genişlənə bilər.