Apr 29, 2021 13:08 Asia/Baku
  • Vaizi: “ƏMTP”üzrə ortaq komissiya yaxşı addımlar atdı

İran İslam Respublikası president administrasiyasının rəhbəri Mahmud Vaizi, Əhatəli Müştərək Təşəbbüs Proqramı (ƏMTP) nüvə razılaşması çərçivəsində qurulan ortaq komissiyanın Vyanada çox yaxşı addımlar atdığını açıqladı.

SəhərAzəri xəbər verir ki,Vyanada davam edən müzakirələri komplike xarakterizə edən Vaizi, indiyə qədər icra edilən işlərin müsbət olduğunu və razılaşmağa çatmaq üzrə çox yaxşı addımlar atıldığını ifadə etdi.

Vaizi, həm Amerikadakı radikalların  və həm sionist rejim İsrailn bu müzakirələrin uğursuz  olmasını və nəticəyə çatmamasını istədiklərini, bəzi bölgə ölkələrin də onları izlədiyini, amma əhəmiyyətli olan, diqqətli hərəkət edərək müzakirələri bir an əvvəl nəticəyə çatdırmaq olduğunu vurğuladı.

Mahmud Vaizi bütün tərəflərin sanksiyaların bir an əvvəl qaldırılmasının lehinə olduğunu, ancaq İranın bunun üçün tələsik davranmayacaqlarını vurğuladı.

Əhatəli Müştərək Təşəbbüs Proqramı ortaq komissiyasının üçüncü dövr müzakirələri bu həftə Çərşənbə axşamı günü Vyanada başladı.

 

Teqlər