Apr 30, 2021 19:23 Asia/Baku
  • İran Tacikistan ilə Qırğızıstan arasındakı toqquşmalardan nigarançılıq ifadə edib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tacikistan ilə Qırğızıstan arasındakı sərhəd toqquşmalarından nigarançılıq ifadə edib.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə İranın/ tərəflər arasında müzakirələri irəlilətməyə kömək və bu sahədəki texniki və hüquqi təcrübələri təqdim etməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tacikistan ilə Qırğızıstan arasındakı sərhəd toqquşmalarına reaksiyada deyib: İran İslam Respublikası iki tərəfin vətəndaşlarından bir qrupunun ölməsi və yaralanması ilə nəticələnən iki dost və qardaş ölkə olan Tacikistan və Qırğızıstanın ortaq sərhəd bölgələrindəki toqquşmalara dair xəbərləri nigarançılıqla izləyir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra söyləyib: İran ümid edir ki, iki ölkə müzakirələrinin davamı hər cür sərhəd ixtilafının dinc yolla həllinə gətirib çıxaracaq.

Qırğızıstan və Tacikistan sərhəd qüvvələri tacik tərəfin elektrik ötürmə qüllələrinin üzərinə videomüşahidə kameraları quraşdırmağa səy göstərməsinə və Qırğızıstan qüvvələrinin iki ölkə sərhədindəki Batken bölməsində yerləşən bu qüllələrin yığışdırılması üzrə hərəkətlərinə görə toqquşublar.

Qırğızıstanın səhiyyə nazirliyi bu gün bildirib ki, həmin toqquşmalarda on üç mülki ölüb, 134 nəfər isə yaralanıbdır.

Teqlər