Putin nüvə anlaşmasının bərpasına ümid edir
https://azeri.sahartv.ir/news/İran-i376502-putin_nüvə_anlaşmasının_bərpasına_ümid_edir
Rusiya prezidenti bu ölkənin milli təhlükəsilzik şurasının iclasında nüvə anlaşmasının bərpası barədə ümidvarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2021 14:55 Asia/Baku
  • Putin nüvə anlaşmasının bərpasına ümid edir

Rusiya prezidenti bu ölkənin milli təhlükəsilzik şurasının iclasında nüvə anlaşmasının bərpası barədə ümidvarlıq edib.

SəhərAzəri xəbər verir ki, Vladimir Putin bu iclasda İranın beş xəzəryanı ölkədən biri kimi Rusiya ilə qonşuluğunun önəminə və tərəflərin nəzərdə tutduqları bütün proqramların icrası üçün bu beş ölkə arasında hərtərəfli əlaqələrin yaradılmasına təkid edib.

Nüvə anlaşmasına üzv ölkələrin nümayəndələri ötən üç həftə boyu Vyanada bir araya gəldilər ki, nüvə anlaşmasının fəallaşdırılması və Amerikanın ehtimal üzrə bu anlaşmaya qayıdışı barədə məşvərət etmiş olsunlar.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasının yeni mərhələsi çərşənbə axşamı günü İranın və dörd üstəgəl bir qrupunun nümayəndə heyətlərinin iştirakı ilə Vyanada keçirildi.

İclasda/ iştirakçılar danışıqların sürətləndirilməsi qərarına gəldilər. Razılaşdırıldı ki, sanksiyaların ləğvi və nüvə kimi iki sahə üzrə ekspert qruplarının fəaliyyəti sıx və sürətli formada davam etdirilsin.