Zərif küveytli həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i376503-zərif_küveytli_həmkarı_ilə_görüşüb
Küveytdə səfərdə olan İranın xarici işlər naziri dünən gecə bu ölkənin xarici işlər naziri Şeyx Əhməd Nasir Əssəbah ilə görüşüb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 30, 2021 14:57 Asia/Baku
  • Zərif küveytli həmkarı ilə görüşüb

Küveytdə səfərdə olan İranın xarici işlər naziri dünən gecə bu ölkənin xarici işlər naziri Şeyx Əhməd Nasir Əssəbah ilə görüşüb.

SəhərAzəri xəbər verir ki, Zərif bu görüşdə ticari, iqtisadi və siyasi sahələrdəki ikitərəfli əlaqələri nəzərdən keçirərək, İranın/ münasibətlərin müxtəlif miqyaslarda genişləndirilməsi üzrə istəyini/ küveytli həmkarının nəzərinə çatdırıb.

İranın xarici işlər naziri həmçinin ölkələrin sabitlikgətirən və konstruktiv həmkarlıqlara nail olmaq üçün öz imkanlarına söykənmələri zərurətinə təkid edib.

Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Əssəbah da qarşılıqlı əlaqələr potensialını mövcud səviyyədən daha yüksək adlandırıb və Küveytin/ əməkdaşlıqları genişləndirməyə, həmçinin heyətlər mübadiləsinə hazır olduğunu vurğulayıb.

Məhəmməd Cavad Zərif Küveytin baş naziri ilə görüşdə də iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinə işarə ilə/ iqtisadi və ticari sahələr xüsuiyyət təşkil etməklə mövcud imkanların reallaşdırılması, həmçinin qarşılıqlı münasibətlərin genişləndirilməsi və gücləndirilməsi zərurətinə təkid edib.