May 01, 2021 18:08 Asia/Baku

İran İslam Respublikasının təqvimində 10 May, Portuqal müstəmləkəçilərinin 1622-ci ildə İranın cənub sularından qovulmasının ildönümü günü, Fars Körfəzinin Milli Günü olaraq təyin edilib.

SəhərAzəri xəbər verir ki, Fars Körfəzi, əhəmiyyətli bir dəniz yolu kimi, hər zaman görkəmli bir siyasi mövqeyə malikdir və bu gün dünyanın ən əhəmiyyətli beynəlxalq su yollarından biri sayılır.

Fars Körfəzi həmişə Şərq ilə Qərb arasında ticarət üçün körpü olaraq regional və beynəlxalq güclər arasında rəqabət və qarşıdurma arenası olmuşdur.

Fars  Körfəzi hövzəsindəki  bəzi ərəb ölkələri son illərdə Qərb müstəmləkəçiliyinin çirkin hərəkətlərinin ardınca Fars Körfəzinin adını təhrif etməyə çalışdılar; halbuki, Fars Körfəzinin adı qədim zamanlardan bəri elə Fars Körfəzidir.

Fars Körfəzi yalnız Qərbi Asiyada və Asiya qitəsində deyil, həm də bütün dünyada  xüsusi əhəmiyyət daşıyır və min illərdir ki, İran sivilizasiyası ilə əlaqələndirilir, bu səbəbdən bu su yolu həmişə siyasi, hərbi və iqtisadi güclər, geoloqlar, arxeoloqlar , tarixçilər və coğrafiyaşünasların  diqqətini çəkmişdir.

Fars Körfəzi, İran ilə Ərəbistan yarımadası arasında Hörmüz boğazından Oman dənizinə, oradan da Hind okeanına axan yarı qapalı bir dənizdir.

SəhərAzəri 

 

Teqlər