May 06, 2021 14:23 Asia/Baku

Beynəlxalq Qüds günü ərəfəsindəyik və general şəhid Qasim Süleymani bütün islami məmləkətlərdə müqavimət ruhu məşəlini və Qüdsün azadlığı bayrağını daşıyan böyük və şücaətli bir komandan idi.

SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri Sepah-ın baş komandanı Hüseyn Səlami İranın ikinci telekanalının «xüsusi xəbər dialoqu» verilişində söyləyib.

General Səlami bildirib ki, Qüds korpusu ABŞ-ın qüdrətini sındırmaq və region xalqlarını bu ölkəyə qarşı ayağa qaldırmaq hünərinə malikdir.

General Səlaminin sözlərinə görə, Amerika tədricən Qərbi Asiyanı tərk etməyə məcburdur və bu gün Amerikanın terrorçu ordusunun hərbi bölmələrindən bəzi hissələr Əfqanıstandan çıxmaqdadırlar. Bu proses xalqların iradəsinin qəbul etdirilməsinin nəticəsidir.

Bu iradə, amerikanların/ ərazilərini zaman-zaman işğal etdikləri xalqların iradəsidir. Onun bir nümunəsini İraqda müşahidə etməkdəyik- deyə Səlami bildirib.

Teqlər