Müqəddəs şəhərdə yeni təxribat
İranın Kərbəladakı konsulluğuna qarşı təxribat törədilib
Xəbər mənbələri dünən bir qrup təxribatçının İranın Kərbəladakı konsulluğunun xarici divarını yandırdıqlarını bildiriblər.
SəhərAzəri-nin "Saberin News"a istinadən məlumatına əsasən, Kərbəlada təhlükəsizlik qüvvələri iğtişaşçıları dağıtmağa çalışıblar və hər iki tərəfdən bir neçə nəfər xəsarət alıb. Hazırda vəziyyət nəzarət altındadır və İran konsulluğunun təhlükəsizliyi təmin edilib.
"Rusiya Əl- Youm" xəbər kanalı da konsulluq qarşısında toplaşan nümayişçilərin bir neçə təkər yandırdığını bildirib.
Əl-Aləm xəbər kanalının məlumatına görə, dünən İranın Kərbəladakı konsulluğu qarşısında aksiya keçirilib, aksiyalar zamanı konsulluğun xaricindəki mühafizə qüvvələrinin baraklarına od vurulub və təhlükəsizlik qüvvələri nümayişçiləri dağıdıblar.
İraq KİV-ləri dünən səhər saatlarında iraqlı aktivist İhab Cavadın Kərbəlada silahlı hücum nəticəsində ölümündən xəbər veriblər. İranın Kərbəladakı konsulluğu dünən axşam çağı bir bəyanat yayaraq, iraqlı fəallın öldürülməsini qınayıb.
İran Konsulluğunun bəyanatında deyilir: "İran İslam Respublikasının müqəddəs Kərbəla şəhərindəki Konsulluğu bu terror aktını qınayır, bu münasibətlə başsağlığı verir və həmrəyliyini bildirir və bu cür hərəkətlərin dost və qardaş ölkə İraq Respublikasının sabitliyi və təhlükəsizliyinin pozulmasına yönəldiyinə inanır".