May 11, 2021 20:39 Asia/Baku
  • General Süleymaninin terroru işi izlənir

İran İslam Respublikası məhkəmə hakimiyyətinin sözçüsü Sepah-ın Qüds qüvvələrinin şəhid komandanının terroru işinin izlənilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə müavinliyi və insan haqları qərargahı İran Xarici İşlər Nazirliyinin həmkarlığı ilə İraq və Suriyada şəhid Qasim Süleymaninin işini izləyirlər- deyə Qulamhüseyn İsmaili vurğulayıb.

İsmaili qeyd edib ki, bu iş üç bölmədən ibarətdir. Bir bölmə İraqın məhkəmə hakimiyyətində nəzərdən keçirilir və İranın məhkəmə hakimiyyətinin sədri Seyid İbrahim Rəisinin səfərində bu məsələ izlənibdir.

General-leytenant pasdar Qasim Süleymani və onu müşayiət edənlər 2020-ci il yanvarın üçündə amerikalı hərbçilərin Bağdad hava limanına qarşı cinayətkarcasına və terror hücumunda şəhid edildilər.

Teqlər