May 14, 2021 17:03 Asia/Baku
  • Hökumətlər və beynəlxalq təşkilatlar sionistlərin cinayətlərilə mübarizə etsinlər

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi «Yəumul-nikbə» münasibətilə bir bəyanat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyi hökumətlər və beynəlxalq təşkilatlardan sionistlərin cinayət və təcavüzlərinin davam etməsilə mübarizə və işğala son qoyulması istiqamətində öz vəzifələrinə əməl etmələrini istəyib.

«73 il bundan qabaq, 1948-ci il mayın on dördündə Fələstin xalqı beynəlxalq bir fitnə ilə öz əcdadının torpağı və evindən məhrum edildi və onların yerinə, terrorçu bir rejim və əcnəbi bir xalq saxtalaşdırıldı» deyilən bəyanatın davamında belə vurğulanır: Sionistlər qəsb edilmiş Fələstini bu ölkə xalqına və regionun müsəlman xalqlarına qarşı terrorizm bazasına çeviriblər və bu yetmiş il boyu Amerika və bəzi beynəlxalq güclər tam şəkildə bu xəbis rejimi himayə edərək, həmin terrorçu rejimin bitmək bilməyən cinayətlərinə göz yumublar.

Bəyanatın davamında deyilir: Bu günlər Qüdsü işğal etmiş rejimin öz legitimliyinin çökəkliyində qərar tapdığı bir halda, təəssüflə, rasist sionist rejim tərəfindən sığınacaqsız Fələstin xalqının qırğın edilməsi və Beytulmuqəddəsdəki dini və müqəddəs məkanlara qarşı hörmətsizliyin yeni mərhələsinin şahidiyik ki, Allah-Taalanın köməkliyi ilə həmin hərəkətlər Fələstin intifazəsi və xalq müqavimətinin dağıdıcı cavabı ilə üzləşibdir.

Bəyanata əsasən, Fələstinin yüksək amalı ilə öz həmrəyliyini elan edən İran İslam Respublikası vurğulayır ki, nəzərdə tutulan siyasi quruluş növünün təyin edilməsi və müqəddaratın təyin olunması haqqının tətbiq edilməsi məqsədilə müsəlman, xristian və yəhudilər də daxil olmaqla Fələstinin bütün əsas sakinlərinin iştirakı ilə referendumun keçirilməsi, Fələstin böhranının yeganə həll yoludur.

Teqlər