May 14, 2021 17:21 Asia/Baku
  • İranın cənub-şərqində bir terror dəstəsi dağıdılıb

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildirib ki, son zamanlar İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Nikşəhr rayonunun Hiçan kəndində Mouləvi bəsicilərindən iki nəfəri şəhid etmiş bir terror dəstəsi tam şəkildə dağıdılıb.

Bu məlumata görə, həmin toqquşmada iki terrorçu məhv və müəyyən miqdarda silah və sursat aşkar edilib.

Məlumatda deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Qüds qərargahı döyüşçülərinin terrorçularla qarşıdurmasında bu qərargahın döyüşçülərindən bir nəfər də yaralanıbdır.

Teqlər