Zərif İspaniyanın sənaye, ticarət və turizm naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i377024-zərif_İspaniyanın_sənaye_ticarət_və_turizm_naziri_ilə_görüşüb
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Maroto arasında görüş baş tutub, görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi vacibliyi qeyd olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2021 11:37 Asia/Baku
  • Zərif İspaniyanın sənaye, ticarət və turizm naziri ilə görüşüb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Maroto arasında görüş baş tutub, görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi vacibliyi qeyd olunub.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif ikitərəfli iqtisadi əməkdaşlıqlar üçün xüsusilə də ticarət mübadilələri, neft-qaz, kənd təsərrüfatı, turizm sektorunun infrastrukturu, habelə hava və dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialların mövcudluğuna toxunaraq, maneələri aradan qaldıraraq və hər iki tərəfin imkanlarına uyğun bir mövqeyə nail olmağı hədəfləyərək, bu sahələrdə əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Maroto da bu görüşdə, iki ölkə arasındakı münasibətlərin vacibliyini vurğulayıb və İspaniyanın iki ölkə arasında əməkdaşlıq üçün mövcud olan yol xəritəsi çərçivəsində İranla iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsində maraqlı olduğunu bildirib.