May 15, 2021 16:16 Asia/Baku
  • İranın İnsan Hüquqları Qərargahı İslam ölkələrini kəskin tənqid edib

İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları Qərargahının katibi İslam ölkələrinin sionist rejimin Qəzzəyə hücumları və çoxlu sayda günahsız fələstinli uşaq və qadının öldürülməsi qarşısında passivliyini kəskin şəkildə təndiq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Əli Baqiri Kəni sosial şəbəkədə etdiyi paylaşımda yazıb: "İslam ölkələrinin İslam Əməkdaşlıq Təşkilatının iclasını çağırması üçün sionistlər daha hansı cinayətləri törətməlidirlər".

Baqiri Kəni əlavə edib: "İslam Əməkdaşlıq Təşkilatının təcili zirvə toplantısının keçirilməsi İslam dövlətlərinin məzlum Fələstin xalqı üçün edə biləcəyi ən az işdir".

İranın Məhkəmə Hakimiyyətinin İnsan Hüquqları Qərargahının katibi həmçinin yazıb: "Dünən sülh bəhanəsi ilə cəllada dostluq əli uzadan, İslam ölkələrinə arxadan xəncər vuran və düşməni dost kimi qələmə verən ərəb ölkələri bu gün Allahdan başqa heç bir pənahı olmayan fələstinli uşaqların qanına, anaların fəryadlarına və ataların kömək çağırışlarına cavabdeh olmalıdırlar".

Teqlər