May 16, 2021 16:28 Asia/Baku
  • İranlı general Fələstin xalqının müqavimətini alqışlayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri İsmayıl Həniyə ilə telefonda Qəzzədəki son hadisələr barədə danışıb.

SəhərAzəri-nin məlumatına əsasən, general İsmayıl Qaani telefon danışığında, Fələstin müqavimətinin sionist düşmənin təcavüzü qarşısında möhkəm dayanmasını alqışlayıb və Fələstin xalqının müdafiəsi üçün İsrailə verilən cavabı misilsiz və uğurlu adlandırıb.

Qüds Qüvvələrinin komandiri həmçinin işğalçı rejimin vəhşiliyini qınayıb.

İsmayıl Həniyə də telefon danışığında Qüds müharibəsinin millətin bütün övladlarının döyüşü olduğunu söyləyib və İranın Fələstin millətinə verdiyi dəstəyə görə təşəkkür edib.

Teqlər