Təbrizdə parka Molla Məhəmməd Füzulinin adı verilib
İranın Təbriz şəhərində məhəllə parkına dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adı verilib. Bu barədə Təbriz şəhər Keçid və İctimai yerlərin adlandırılması üzrə Şurasının katibi Səid Hacızadə məlumat verib.
SəhərAzəri-nin məlumatına əsasən, "Ümid səfiri" qəsəbəsindəki məhəllə parkına Molla Məhəmməd Füzulinin adı verilib. Məhəmməd Füzulinin ədəbi mövqeyinin qorunması məqsədilə və Təbrizin 3-cü bölgə bələdiyyəsinin təklifi ilə Yollar və İctimai yerlərin Adlandırılması Şurasının bugünkü iclasında açılış ərəfəsində olan bu məhəllə parkına şair, yazıçı və ədibin adının verilməsinə razılıq verilib", - deyə, Səid Hacızadə bildirib.
Qeyd edək ki, Molla Məhəmməd Füzuli hicri-qəməri tarixi ilə 10-cu əsrin ilk illərində İraqın Kərbəla şəhərində İmam Hüseynin ziyarətgahının yaxınlığında anadan olub. Atası Azərbaycan əsilli və Bəyat elindən idi. O, Əhli-beytə (ə) xüsusi sevgisinə görə Azərbaycandan Kərbəla və Nəcəf şəhərlərinə üz tutub.
Məhəmmədə gənc yaşlarında “Molla” ləqəbi verilir və Molla Füzuli kimi tanınır.
Molla ləqəbi onun kəlam elminə tam yiyələndiyini göstərir və “müdrik və həkim” ləqəbi onun fəlsəfə və hikmətə yanaşmasını ifadə edir. Başqa sözlə, müdrik Molla Məhəmməd Füzuli, Əbu Əli Sina kimi və ondan daha çox kəlam elmi ilə fəlsəfəni bir növ uzlaşdıra bilib. O, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi və hər üç dildə dəyərli şeirləri və əsərləri var.