İran Ordusunun «Fəth-1» kiber müdafiə təlim-məşqləri keçirilib
https://azeri.sahartv.ir/news/İran-i377133-İran_ordusunun_fəth_1_kiber_müdafiə_təlim_məşqləri_keçirilib
İran İslam Respublikası Ordusunun kiber təhdidlərilə mübarizə gücünü artırmaq məqsədilə «Fəth-1» kiber müdafiəsi üzrə birgə təlim-məşqləri keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2021 11:24 Asia/Baku
  • İran Ordusunun «Fəth-1» kiber müdafiə təlim-məşqləri keçirilib

İran İslam Respublikası Ordusunun kiber təhdidlərilə mübarizə gücünü artırmaq məqsədilə «Fəth-1» kiber müdafiəsi üzrə birgə təlim-məşqləri keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusu baş komandanının koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari «Fəth-1» kiber müdafiəsi üzrə birgə təlim-məşqlərin keçirilməsi gedişində bildirib ki, kiber müdafiə gücünün artırılması məsələsi ordunun iş gündəmində qərar tapıb.

Kiber müdafiə gücünün artırılması ilə yanaşı, ordunun kiber təhdidlərilə mübarizə qüdrətini yüksəltmək ardıncayıq- deyə kontr-admiral Səyyari bildirib.

İran İslam Respublikası Ordusu baş komandanının koordinasiya üzrə müavini qeyd edib ki, kiber məsələsi bu gün döyüş səhnəsinin beşinci cəhəti kimi irəli sürülür və İran İslam Respublikası ordusunun döyüş qabiliyyətinin artırılmasında təsirli komponentlərdən biri hesab olunur.