May 18, 2021 16:04 Asia/Baku
  • İranlı millət vəkillərinin bütün sanksiyaların ləğvi barədə bəyanatı

İran İslam Şurası Məclisinin iki yüzdən çox üzvü bir bəyanatda bütün anti-İran sanksiyalarının ləğv olunması vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, onlar bu bəyanatda İranın nüvə öhdəliklərinə sədaqətinin əsas şərti kimi bütün sanksiyaların real ləğvi və bunun dəqiq şəkildə yoxlanılmasını İran İslam Respublikası quruluşunun qəti siyasəti adlandırıblar.

İran İslam Şurası Məclisinin üzvləri bu bəyanatda vurğulayıblar ki, İran ilə nüvə anlaşmasına üzv digər ölkələr arasında hər hansı danışığın nəticələrinin dəyərləndirilməsi və qəbul edilməsinin əsasını, İran xalqının real iqtisadi faydası təşkil edir.

Bəyanatda deyilir ki, İran İslami Şura Məclisi İran xalqına qarşı iqtisadi təzyiqin bir hissəsinin qorunub saxlanılması, iqtisadi faydalanmaya maneçiliyin törədilməsi və ya iqtisadi faydalanmaya xələlin gətirilməsi ilə nəticələnəcək/ sanksiyaların hər cür təsnifata ayrılmasını qəbul etməyəcək.

Teqlər