May 20, 2021 12:28 Asia/Baku
  • Avropadakı iranlı ulduzun uğurları davam edir

Porto futbol klubunun iranlı hücumçusu yarışların bitməsinə iki həftə qalarkən Portuqaliya premyer-liqasının builki mövsümündə ən effektli oyunçudur.

SəhərAzəri-nin məlumatına əsasən, Portuqaliya premyer-liqasının 34-cü həftəsində «Belenenseş»i qəbul edən Porto bu komandanı dörd-sıfır hesabı ilə məğlub edib.

Bu oyunda iranlı oyunçu Məhdi Taromi oyunun əvvəlindən öz klubunun tərkibində oynayıb və yenə də uğur qazanıb.

Oyunun birinci qolunu vuran Taromi komandasının üçüncü qolunun ötürülməsinin müəllifi olub.

Bu oyunda özünün 16-cı qolunu vuran Taromi həmçinin bu mövsümdə Porto üçün 11-ci qol ötürməsini də həyata keçirib.

O, ümumilikdə 27 qol və pas ilə Portuqaliya premyer-liqasındakı digər uluduzlardan yuxarıda durur.

İkinci yerdə ümumilikdə 26 qol və pas müəllifi olan Xaris Seferoviç dayanır.

Teqlər