May 20, 2021 23:05 Asia/Baku
  • HƏMAS-ın Siyasi Bürosunun başçısı inqilab rəhbərinə məktub ünvanlayıb

İsmayıl Həniyə Həzrət Ayətullahül-üzma Xameneiyə ünvanladığı məktubda işğal olunmuş Fələstindəki mövcud durumu şərh edərək, sionistlərin cinayətlərinin durdurulması istiqamətində islam və ərəb dünyasının eləcə də beynəlxalq ictimaiyyətin dəstəyini vurğulayıb.

SəhərAzəri-nin Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, işğal olunmuş Fələstindəki son hadisələr və fələstin müqavimətinin Qüdsü işğal edən rejimə qarşı zərbələri, eləcə də sionistlərin cinayətlərinin davam etməsinin ardınca İsmayıl Həniyə Həzrət Ayətullahül-üzma Xameneiyə növbəti məktubda hazırkı durumu şərh edib, sionistlərin cinayətlərinin durdurulması istiqamətində islam və ərəb dünyasını eləcə də beynəlxalq ictimaiyyəti dəstək verməyə çağırıb. BU XƏBƏR YENİLƏNƏCƏK

------------------------

YENİLƏNİB

İsmayıl Həniyə Həzrət Ayətullahül-üzma Xameneiyə ünvanladığı məktubda işğal olunmuş Fələstindəki mövcud durumu şərh edərək, sionistlərin cinayətlərinin durdurulması istiqamətində islam və ərəb dünyasının eləcə də beynəlxalq ictimaiyyətin dəstəyini vurğulayıb.

 

SəhərAzəri-nin Həzrət Ayətullahül-üzma Xameneinin əsərlərinin mühafizəsi və nəşri ofisinin rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, işğal olunmuş Fələstindəki son hadisələr və fələstin müqavimətinin Qüdsü işğal edən rejimə qarşı zərbələri, eləcə də sionistlərin cinayətlərinin davam etməsinin ardınca İsmayıl Həniyə Həzrət Ayətullahül-üzma Xameneiyə növbəti məktubda hazırkı durumu şərh edib, sionistlərin cinayətlərinin durdurulması istiqamətində islam və ərəb dünyasını eləcə də beynəlxalq ictimaiyyəti dəstək verməyə çağırıb.

 

Fələstin İslmai Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun başçısının islam inqilabının aliməqamlı rəhbərinə ünvanladığı məktubunun tam mətni:

Bismillahir Rəhmanir Rəhim

Həzrət Ayətullahül-üzma Seyid Əli Xamenei(Allah qorusun)

Qardaş ölkə, İran İslam Respublikasında islam inqilabının rəhbəri

Salaməleyküm və rəhmətullah və bərəkato

İslami Müqavimət Hərəkatı “HƏMAS” olaraq öz səmimi salamlarımızı sizə göndərməkdən məmnunluq duyuruq. Allah təaladan sizə uğurlarınızın, tərəqqi və inkişafınızın gün-gündən artacağını diləyirik.

Həzrətləriniz son günlərdə sionist rejimin terrorçu və cinayətkar hərəkətlərinin təsvirlərini müşahidə etmisiz, elə islam ümməti və bütün dünya da bunların şahidi olmuşdur. Bu cinayətlər 15 ildir Qəzzədə zalımcasına mühasirədə saxlanılan qadın və kişilərə qarşı törədilir. Bu cinayətlər həmçinin Qüdsü, İordan çayının qərb sahili və 1948-ci ildə işğal edilmiş əraziləri əhatə edir. Fələstinlilərə qarşı cinayətlər 13 apreldən, sionist işğalçılar və sionist qəsəbə sakinləri Məscidül-Əqsaya, işğal altında olan Qüdsə və Şeyx Cərrah bölgəsinə təcavüzündən dərhal sonra başlandı. Xalqımız sionist rejimin təcavüzlərinə qarşı səbr və dözüm yolunu tutub. Biz İslami Müqavimət Hərəkatı HƏMAS-da da bu kimi təcavüzlərə qarşı qətiyyətli reaksiyanı özümüzə borc bilirik. Məhz buna görə sizi işğal olunmuş ərazilərdəki son hadisələrlə tanış edirik, hansı ki, yaranmış qarşıdurmada sionist rejim məsuliyyət daşıyır.

  1. Sionist işğalçılar 28 fələstinli ailənin Şeyx Cərrah bölgəsindən qovulmasına dair ədalətsiz hökm vasitəsi ilə, Qüdsə istila, Qüdsü yəhudiləşdirmə və bu şəhərdə etnik təmizləmə strategiyasını gücləndiriblər. Onlar işğal olunmuş Qüdsdə yəhudi bölgə yaratmaq niyyətindədirlər.
  2. Sionist işğalçılar həmçinin, öncədən iş gündəmində saxladıqları Məscidül-Əqsanın zaman və məkan bölgüsü siyasətini sürətləndiriblər. Onların Məscidül-Əqsanın əsas qapılarından biri olan Babül-Əmud ərazisini bağlaması bunun əyani sübutudur. Sionistlərin Babül-Əmudu bağlamaqda məqsədi fələstinli namazqılanların Məscidül-Əqsaya girişinin və onların dini mərasimlər keçirməsinin qarşısını almaqdır.
  3. Sionistlər təhrikamiz bir hərəkətə əl ataraq ramazan ayının son 10 günündə sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumuna çağırış etdilər. Onların məqsədi fələstinlilərin Məscidül-Əqsada etikaf etmələrinə mane olmaq idi.
  4. Sionist rejimin hərbçiləri ramazan ayının ən mübarək gecələrində Məscidül-Əqsanı tam vəhşicəsinə hücuma məruz qoydular və namaz qılanlar eləcə də mötəkiflərə qarşı şiddətli hücumlar həyata keçirdilər. Onlar qadına, kişiyə, gəncə, qocaya rəhm etmədilər. Bu vəhşi hərəkət nəticəsində Məscidül-Əqsanın daxili və xaricində600-dən çox fələstinli zərər çəkdi.

Biz ardı-arası kəsilməyən bu cinayətlər qarşısında ayrı-ayrı regional tərəflərlə əlaqə yaradaraq qəti mövqelərin sərgilənməsi, sionist düşmənin mühasirədə olan Qəzzə xalqına qarşı öz cinayətlərini dayandırmağa məcbur edilməsi, Qüds sakinlərinə və onların müqəddəslərinə qarşı hərhansı təcavüzün durdurulması və Məscidül-Əqsaya eləcə də fələstinli namaz qılanlara qarşı hərhansı təcavüzə son qoyulması üçün islam və ərəb dünyasını eləcə də beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə, öz mövqelərini səfərbər etməyə çağırdıq.

İşğalçı rejimin Fələstin xalqı və müqəddəslərinə qarşı təcavüz və cinayətlərinin şiddətlənməsini nəzərə alaraq, müxtəlif tərəflərlə geniş təmaslarda olduq və onlardan düşmənin cinayətlərinə və nəhs məqsədlərinə mane olmalarını istədik, bu cinayətlərin Fələstin xalqı və müqaviməti tərəfindən mütləq cavabsız qalmayacağına dair xəbərdarlıq etdik. Sionist rejimin cinayətkar başçılarının Fələstin xalqı, yurdu və müqəddəslərinə qarşı təcavüzləri davam etdirməkdəki israrı, Qəzzə zolağında müqavimət tərəfindən qətiyyətli və qanuni reaksiyanı tələb edirdi.

Bütün bunlarla belə, bu gün cinayətkar düşmən beynəlxalq səviyyədə qadağan edilmiş ən ölümcül silahlarla gecə-gündüz Qəzzə xalqına qarşı ən vəhşi cinayətləri törədir və bununla yanaşı, Qüds, İordan çayının qərb sahili və 1948-ci ildə işğal edilmiş ərazilərdə etiraz aksiyası keçirənlərə qarşı daha faciəli cinayətlərə əl atır. Sionistlər Qəzzənin dövlət və təhlükəsizlik mərkəzlərini, yaşayış məntəqələrini və infrasturukturlarını kəskin bombalayır və fələstinlilərə ərzaq və dərmanın çatdırılmasına mane olurlar. Onlar fələstinlilərə elektrik enerjisi və qazın çatdırılmasının da qarşısını alırlar.

Hal-hazırda sionist düşmən, Qüds və Qəzzə ilə həmrəylik nümayiş etdirən hər kəsi kəskin və kobud şəkildə hədəfə alır, istər 1948-ci ildə işğal olunmuş ərazilərdə, istərsə də İordan çayının qərb sahilinin keçidlərindəki aksiyaları. Bu cinayətlər nəticəsində indiyədək yüzlərlə insan ağır yaralanıb.

Biz İslami Müqavimət Hərəkatı HƏMAS olaraq zati-alilərinizi işğal olunmuş ərazilərdəki son durumla tanış edir və sizi sionistlərin bütün işğal olunmuş ərazilərdə xüsusiylə işğal olunmuş Qüdsdə və Məscidül-Əqsaya qarşı törətdikləri terror cinayətləri barədə məlumatlandırır, Fələstin xalqına qarşı cinayətlərdə işğalçıların başçılarının məsuliyyət daşıdıqlarını vurğulayırıq.

Biz bu cinayətlər qarşısında dərhal hərəkətə keçilməsi və qətiyyətli mövqenin sərgilənməsini tələb edir, işğalçıların aşağıda qeyd olunanları yerinə yetirməyə məcbur edilmələri üçün, sionistlərin işğal olunmuş Qüds şəhərində xüsusiylə mübarək Əl-Əqsa məscidində  Fələstin xalqı, yurdu və müqəddəslərinə qarşı cinayətlərinin durdurulması istiqamətində islam və ərəb dünyası eləcə də beynəlxalq ictimaiyyətin himayələrinin səfərbər edilməsinə səylər göstərilməsinə çağırırıq.

  1. Mühasirədə olan Qəzzə zolağına qarşı terror aktlarının dərhal dayandırılması.
  2. İşğal olunmuş Qüds və Məscidül-Əqsaya qarşı bütün təcavüzkar hərəkətlərə eləcə də, işğal edilmiş Qüdsdə yəhudiləşdirmə və fələstinlilərin məcburi köçürülmələri siyasətinə son qoyulması. Biz işğal olunmuş Qüdsə xüsusiylə Şeyx Cərraha qarşı bütün ədalətsiz hökmlərin ləğv edilməsini tələb etməkdə davam edirik.
  3. Sionistlərin təcavüzkar əllərinin Məscidül-Əqsadan kəsilməsi və fələstinli namaz qılanların Məscidül-Əqsaya sərbəst giriş-çıxışını və onların dini və islami mərasimlərinin keçirilməsini təmin edəcək formada sionistlərin bu müqəddəs məkana təcavüzlərinin dayandırılması.

Allah təaladan sizi qorumasını, İslam Respublikası üçün gün-gündən artan uğurlar, inkişaf və tərəqqi nəsib edəcəyini diləyirik. Bizim səmimi salamlarımızı qəbul edin.

 

 

İsmayıl Həniyə

İslami Müqavimət Hərəkatının(HƏMAS) Siyasi Bürosunun sədri

 

 

Teqlər